Mayda bəxti açılacaq 3 BÜRC - Pul, iş və sevgi…

13 May 2026 10:29

May ayı bəzi bürclər üçün uğur, yeni imkanlar və sevindirici dəyişikliklərlə yadda qalacaq. Astroloqların fikrincə, xüsusilə üç bürc bu dövrdə şansın təsirini daha güclü hiss edəcək.

Milli.Az xəbər verir ki, yazın enerjisi və qarşıdan gələn yay ab-havası bir çox insanın əhvalını yüksəltsə də, bəzi bürclər üçün bu ay həm maddi, həm də mənəvi baxımdan dönüş nöqtəsi olacaq.

Mütəxəssislər bildirirlər ki, mayın 6-dan oktyabrın 16-na qədər davam edəcək Plutonun geriləməsi bəzi insanlar üçün keçmişlə hesablaşmaq, yeni qərarlar vermək və həyatlarını dəyişmək üçün mühüm fürsətlər yaradacaq.

Xərçəng

Xərçəng bürcü üçün may ayı edilən yaxşılıqların qarşılığını almaq dövrü olacaq. Uzun müddətdir başqalarına dəstək olan Xərçənglər həm emosional, həm də maddi baxımdan sevindirici xəbərlərlə qarşılaşa bilərlər.

Ayın ilk yarısında köhnə borcların qaytarılması və yarımçıq qalan məsələlərin həlli ön plana çıxacaq. İkinci yarıda isə yeni imkanlar və gözlənilməz şanslar gündəmə gələcək.

Oğlaq

Oğlaqlar üçün may ayı zəhmətin bəhrəsini toplamaq vaxtıdır. Uzun müddətdir göstərilən əziyyət və səbr nəhayət mükafatlandırıla bilər.

Bu dövrdə vəzifə yüksəlişi, maaş artımı və ya yeni iş imkanları gündəmə gələ bilər. Astroloqlar Oğlaqlara qarşılarına çıxan imkanlardan çəkinmədən istifadə etməyi tövsiyə edir.

Balıqlar

Balıqlar üçün may ayı sürprizlər və gözlənilməz uğurlarla dolu olacaq. İntuisiyalarının güclənəcəyi bildirilən bu bürc nümayəndələrinin doğru qərarlar vermək ehtimalı artacaq.

Kiçik görünən təsadüflər belə onlar üçün böyük fürsətlərə çevrilə bilər. Astroloqlar Balıqlara bu ay daha cəsarətli olmağı və qarşılarına çıxan şansları dəyərləndirməyi məsləhət görürlər.

Fidan
Milli.Az