“e-Tabib” fəaliyyətini dayandırdı

13 May 2026 10:15

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası istiqamətində TƏBİB tərəfindən məqsədyönlü işlər aparılır.

Milli.Az xəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində "e-Tabib" mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin "mygov" platformasına inteqrasiya prosesi artıq bitib.

Bu gündən etibarən "e-Tabib" tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq "mygov" platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da "e-Tabib" "mygov" platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.

"mygov" mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz:

https://onelink.to/rryy4q
Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
LinkedIn: https://www.linkedin.com/company/mygovaz/about/
Facebook: https://www.facebook.com/mygovaz
Instagram: https://www.instagram.com/mygov.azerbaijan/

Milli.Az