Atasının məzarı başında evlilik təklifi edibmiş - FOTO

13 May 2026 10:07

Türkiyəli müğənni və aktyor Emre Altuğ keçmiş həyat yoldaşı Çağla Şikel ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Milli.Az xəbər verir ki, Emre Altuğ münasibətlərinin başlanğıcı və evlilik təklifi barədə danışaraq bildirib ki, Çağla Şıkel ilə uzun müddət dost olduqdan sonra ona atasının məzarı başında evlilik təklifi edib.

Sənətçi həmin anı belə xatırlayıb:

"Çağlanın atasının ölüm ildönümündə və ya ad günündə məzarı ziyarət etməyə getmişdik. Atası sağ olanda zarafatla deyirdim ki, səndən qızını istəyəcəyəm. Məzarda ona dedim ki, səni atandan istəyəcəyimi demişdim. Sonra üzüyü verdim" .

Altuğ bildirib ki, bu addımı xüsusi səbəblə atıb:

"Ora gələndə özünü yaxşı hiss etməsini istəyirdim. Buna görə evlilik təklifini məhz orada etməyi düşündüm" .

Qeyd edək ki, 2008-2015-ci illərdə evli olan cütlüyün Uzay və Kuzey adlı iki övladı var. 

Fidan
Milli.Az