"Real Madrid" klubunun prezidenti Florentino Peres komandanın futbolçuları Orelyen Tçuameni və Federiko Valverde arasında yaşandığı deyilən insidentlə bağlı açıqlama verib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbəri mətbuat konfransında çıxışı zamanı belə hadisələrin futbol kollektivlərində zaman-zaman baş verdiyini bildirib. Onun sözlərinə görə, əsas narahatlıq doğuran məqam hadisənin mediaya sızması olub.
Florentino Peres qeyd edib ki, futbolçular arasında emosional mübahisələr idmanda adi haldır və bu cür anlaşılmazlıqlar sonradan aradan qalxır. O, uzun illər klub rəhbəri olduğu dövrdə buna bənzər halların dəfələrlə yaşandığını vurğulayıb.
Xatırladaq ki, yayılan məlumatlarda Federiko Valverdenin insident zamanı xəsarət aldığı və xəstəxanaya aparıldığı iddia olunurdu. Bildirilirdi ki, futbolçuya kəllə-beyin travması diaqnozu qoyulub.
Məlumatlara görə, hər iki oyunçu intizam qaydalarına əsasən cərimələnib. Lakin Valverde daha sonra açıqlamasında dava baş vermədiyini, xəsarəti ehtiyatsızlıq nəticəsində aldığını bildirib.
Hüseyn
Milli.Az