Dərnəgüldən qatarla birbaşa rayonlara getmək mümkün olacaq.
Bu barədə Milli.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Məlumata görə, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq.
Milli.Az