"Qanlı dərə"də meyiti tapılan Rəhimin FOTOSU

13 May 2026 01:13

Salyanda dörd ay əvvəl itkin düşmüş və meyiti "Qanlı dərə" ərazisində tapılan Rəhim Mustafayevin fotosu yayılıb.

Milli.Az oxu.az-a istinadə həmin fotonu təqdim edir:

-----------

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə" ərazisində aşkar olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az