“O geyimimə görə atam mənimlə 2 il DANIŞMADI"

17 May 2026 10:45

Müğənni Xatun Əliyeva açıqlamaları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, ifaçı şəxsi həyatı və ailəsi ilə bağlı maraqlı etiraflar edib. O, bildirib ki, ailəsi əvvəlcə onun jurnalist olmasını istəyib və bu sahəyə marağını dəstəkləyib. Lakin müğənnilik yolunu seçəndə müəyyən narazılıqlar yaşanıb.

Xatun Əliyeva "Ailəm mənim jurnalist olmağımı çox istəyirdi. Amma müğənniliyi seçəndə narazılıqlar oldu" sözlərini deyib.

Sənətçi daha sonra geyimi ilə bağlı yaşadığı hadisəni də bölüşüb. Onun sözlərinə görə, bir klipdə geyindiyi geyim atasının narazılığına səbəb olub.

"Atam mənimlə iki il danışmadı. O, tərs kişidir. İndi düşünürəm ki, həmin geyimi seçməklə səhv etmişdim. Sonralar çalışırdım ki, onun istədiyi kimi olum, məndən narazı qalmasın", - deyə müğənni bildirib.

Xatun hazırda atasının onunla fəxr etdiyini də vurğulayıb. Onun səmimi etirafları sosial şəbəkələrdə maraqla qarşılanıb.

Musa
Milli.Az