Günlərdir divarın arasında qalan pişiklərin xilas edilməsi sosial şəbəkələrdə maraq doğurub.
Milli.Az xəbər verir ki, yayılan görüntülərdə bir neçə pişiyin dar divar boşluğunda köməksiz vəziyyətdə qaldığı əks olunub. Hadisədən xəbər tutan şəxslər dərhal heyvanların köməyinə çataraq onları xüsusi vasitələrlə təhlükəsiz şəkildə çıxarmağa çalışıblar.
Kadrlarda xilasedicinin uzun müddət ehtiyatla canlıları çıxarmağa çalışdığı görülür. Gərgin anlardan sonra heyvanlar sağ-salamat şəkildə divarın arasından zədəsiz şəkildə çıxarılıb.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və izləyicilər tərəfindən maraqla qarşılanıb. Bir çox istifadəçi heyvanların xilas edilməsində iştirak edən şəxslərə təşəkkür edib.
Musa
Milli.Az