“Neçə il bağça biznesim olub”

13 May 2026 09:12

Müğənni Rüfət Axundov keçmiş fəaliyyəti ilə bağlı maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi uzun illər uşaq bağçası biznesi ilə məşğul olduğunu etiraf edib. O, həmin dövrləri xatırlayaraq maraqlı fikirlər səsləndirib.

"Neçə il bağça biznesim olub. Hər bir bağçada dəcəl uşaq var. Hər birini Allah saxlasın", - deyə müğənni bildirib.

Axundov uşaqlarla işləməyin həm məsuliyyətli, həm də maraqlı olduğunu vurğulayıb. Sənətçinin bu etirafı sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub.

Musa
Milli.Az