Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən biri qrunt sularının altında qalıb. Söhbət Sabunçu rayonu, Xanlar küçəsi, döngə 2, ev 11 ünvanında yerləşən yaşayış evindən gedir.
Milli.Az xəbər verir ki, şikayətçinin sözlərinə görə, qrunt və yağış sularının toplanması səbəbindən evdə normal yaşayış çətinləşib. O bildirib ki, problemin həlli üçün aidiyyəti qurumların müdaxiləsinə ehtiyac var.
Məsələ ilə bağlı açıqlama verən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hadisəni təsdiqləyib. Qurumdan bildirilib ki, həmin ərazidə mərkəzləşdirilmiş tullantı su sistemi mövcud deyil.
Həmçinin qeyd olunub ki, ərazidə qrunt sularının çox olması və intensiv yağışlardan sonra çökək hissələrdə suyun yığılması bu vəziyyətə səbəb olub. Bakı və Abşeron ərazisində hazırda yeni su və kanalizasiya infrastrukturunun qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.
Asya
Milli.Az