ABŞ Dövlət Departamenti və Ukraynanın Vaşinqtondakı səfiri mümkün hərbi əməkdaşlıq sazişinin şərtlərini əks etdirən memorandum layihəsi hazırlayıb. Sənəd Kiyevə Vaşinqtona hərbi texnologiyalar tədarük etmək imkanı verə bilər.
Milli.Az xəbər verir ki, bu barədə CBS News telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamenti və Ukraynanın Vaşinqtondakı səfiri Olqa Stefanışina tərəfindən hazırlanan layihə hərbi sahədə əməkdaşlıq sazişinə aparan ilk addım hesab olunur.
Saziş çərçivəsində Ukraynanın ABŞ-yə hərbi texnologiyalar ixrac etməsi, həmçinin Amerika şirkətləri ilə birlikdə pilotsuz uçuş aparatları istehsal etməsi nəzərdə tutulur.
Ayxan
Milli.Az