Məhkəmə qərar verdi - Aynur Camalın Əli Vəliyevlə bağlı şikayəti rədd edildi

12 May 2026 15:44

Teleqraf saytının rəhbəri Aynur Camalın Manset.az xəbər portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə prosesinə yekun vurulub.

Milli.Az Manset.az-a istinadən xəbər verir ki,  Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə Aynur Camalın şikayəti rədd edilib.

Məhkəmə prosesi bundan əvvəl bir neçə dəfə təxirə salınsa da, qərar bu gün elan olunub.

Qeyd edək ki, Aynur Camal rəhbəri olduğu saytlarda Manset.az xəbər portalının istehsalı olan özəl xəbərləri istinadsız yayımlayıb. Bu barədə ona dəfələrlə xəbərdarlıq edilsə də, həmin addımlarını yenə davam etdirib. Bütün bu hadisələr fonunda həm saytın özəl xəbərlərini istinadsız yayımlaması, həm də portalın baş redaktoru Əli Vəliyevi məhkəməyə verməsi onun "peşəkar" fəaliyyətindən xəbər verir.

Milli.Az