Paşinyan: Qarabağ bizim deyildi, bizim OLMAYIB - VİDEO

12 May 2026 15:30

Nikol Paşinyanın son çıxışı Ermənistan ictimaiyyətində geniş rezonans doğurub.

Milli.Az xəbər verir ki, baş nazir çıxışında Qarabağ mövzusu ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. Paşinyan bəzi dairələrin "torpaq itirmişik" iddialarına münasibət bildirərək həmin ərazilərin həqiqətən necə "özlərininki" hesab olunduğunu sual edib.

O, çıxışında bölgədə real həyatın və inkişafın olub-olmamasını qabardaraq məktəblərin, bağçaların, zavodların tikilmədiyini, insanların orada geniş şəkildə məskunlaşmadığını vurğulayıb. Paşinyan bu arqumentlərlə həmin ərazilərin "bizim olmayıb" fikrini səsləndirib:

"Deyirlər ki, biz torpaq (Qarabağ) itirmişik. Bu torpaq necə bizim idi? Zəhmət olmasa, izah edin, necə bizim idi? Ölənlərin arxasınca danışmaq istəmirəm, amma deyək ki, orada buğda əkən bir neçə generalın nəzarəti altında olan torpaq bizim sayılır? İzah edin də necə bizim ola bilər?
Biz orda məktəb tikdikmi, uşaq bağçası tikdikmi, zavod tikdikmi, orada yaşadıqmı, qəsəbə... necə bizim idi axı? O bizim deyildi. Bizim olmayıb".

Baş nazirin açıqlamaları erməni sosial media seqmentində və yerli ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Bir qrup istifadəçi onun fikirlərini dəstəkləsə də, digərləri bu çıxışı sərt şəkildə tənqid ediblər.

Səsləndirilən fikirlər qısa zamanda regionla bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.

Hüseyn
Milli.Az