Rusiyanın Krasnodar diyarında yerləşən məktəblərin birində silahlı insident baş verib.
Milli.Az rus mediasına istinadla xəbər verir ki, hadisə Kubanın Qulkeviçi rayonundakı məktəblərdən birində qeydə alınıb. Məlumata görə, 9-cu sinif şagirdi məktəbə pnevmatik tüfəng gətirərək iki şagirdi yaralayıb.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, yaralanan şagirdlər dərhal xəstəxanaya çatdırılıb və onlara lazımi tibbi yardım göstərilib.
Hadisədən sonra məktəbə psixoloqlar göndərilib. Onlar həm şagirdlərə, həm də valideynlərə psixoloji dəstək göstərirlər.
Rəsmilər hazırda yeniyetmənin silahı məktəbə necə gətirdiyini araşdırır. Məktəb rəhbərliyi və təhlükəsizlik xidmətinin fəaliyyəti də yoxlanılacaq.
Fidan
Milli.Az