Müğənni Mənzurə Musayeva efirdə səhhəti və keçirdiyi əməliyyatlarla bağlı açıqlaması ilə gündəmə gəlib.
Milli.Az-ın məlumatına görə, ifaçı bildirib ki, indiyədək ümumilikdə 13 dəfə cərrahi əməliyyat keçirib. Onun sözlərinə görə, bu əməliyyatların hamısı estetik məqsədli olmayıb:
"13 dəfə əməliyyat etdirmişəm. Bunu tamaşaçılardan gizlətməmişəm. Onlardan 4-ü gözəlliklə bağlıdır, 9-u isə xəstəliklə əlaqəlidir. Tək burnumu 3 dəfə əməliyyat etdirmişəm", - deyə müğənni qeyd edib.
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər sənətçinin sözlərini anlayışla qarşılasa da, digərləri onun estetik əməliyyatlarının sayının çoxluğu barədə müxtəlif fikirlər səsləndiriblər.
Müzakirələr nəticəsində müğənninin açıqlaması sosial mediada gündəm mövzularından birinə çevrilib.
Musa
Milli.Az