Tarixdə ən çox satılan mobil telefon açıqlanıb

12 May 2026 14:29

Dünyada ən çox satılan mobil telefonun Nokia 1100 olduğu açıqlanıb. 

Milli.Az xəbər verir ki, bu barədə BGR nəşri yazıb.

Məlumata görə, 2003-cü ildə satışa çıxarılan Nokia 1100 modeli ümumilikdə 250 milyon ədəd satılaraq tarixdə ən populyar mobil cihaz olub və həm Apple, həm də Samsung smartfonlarını geridə qoyub.

İkinci yerdə 2005-ci ildə təqdim edilən Nokia 1110 modeli qərarlaşıb. Bu cihazın satış göstəricisi 248 milyon ədəd təşkil edib.

Üçüncü sırada isə iPhone 6 və iPhone 6 Plus modelləri yer alıb. Bu iki cihazın ümumi satış sayı 224 milyon ədədə çatıb.

Məqalədə qeyd olunur ki, Nokia telefonlarının bazara çıxdığı dövrdə mobil texnologiya bazarı indiki qədər rəqabətli deyildi. O zaman Finlandiya şirkətinin əsas rəqibləri Blackberry, Sony, Motorola və digər bir neçə istehsalçı idi.

Ayxan
Milli.Az