Xocavəndə növbəti köç prosesi çərçivəsində 18 ailə doğma yurdlarına çatıb.
Milli.Az xəbər verir ki, Xocavənd şəhərinə 6 ailə (24 nəfər), Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər), Xocavənd kəndinə isə 6 ailə (20 nəfər) qayıdıb.
Sakinlərə yaşayacaqları mənzillərin açarları təqdim ediləcək./Trend.Az
Milli.Az
___________
Xocavənd şəhərinə, eyni adlı kəndə və Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanları yola salınıb.
Milli.Az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 6 (24 nəfər), Xocavənd kəndinə 6 (20 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər) köçürülür.
Bununla da Xocavənd şəhərinə 331 (1289), Xocavənd kəndinə 74 (306 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 203 ailənin (858 nəfər) daimi qayıdışı təmin edilib.
Milli.Az