Xalq artisti Mələkxanım Eyubova qızları Hökümə Eyubova və Nəzrin Kazımova ilə birgə fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Milli.Az xəbər verir ki, sənətçi paylaşımına "Gözəllərimlə" qısa qeydini əlavə edib. Yayılan şəkillərin Nəzrinin övladı Şirinin dünyaya gəlməsinin 40-cı günü münasibətilə təşkil olunan məclisdə çəkildiyi bildirilib.
Fotolar izləyicilər tərəfindən maraqla qarşılanıb və ailənin səmimi görüntüləri çoxsaylı bəyəni toplayıb. Sosial şəbəkə istifadəçiləri sənətçiyə və ailəsinə xoş arzular ünvanlayıblar.
Qeyd edək ki, Mələkxanım Eyubovanın iki qızı ilə yanaşı daha iki oğul övladı da var. Nəzrin isə müğənni Mərdan Kazımovla ailəlidir.
Musa
Milli.Az