Dik Advokatdan DÇ-2026 üçün tarixi dönüş

12 May 2026 12:05

Kurasao futbol millisinin sabiq baş məşqçisi Dik Advokat DÇ-2026 öncəsi yığmaya qayıtmağa hazırlaşır.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə "Voetbal International" məlumat yayıb.

Bildirilir ki, ailə vəziyyətinin sabitləşməsi onun yenidən işə qayıtmasına imkan yaradıb.

Advokat Kurasao yığmasını tarixində ilk dəfə Dünya Çempionatının final mərhələsinə çıxaran məşqçi kimi diqqət çəkib. O, fevralda vəzifədən ayrıldıqdan sonra komandanı Fred Rutten çalışdırırdı. Ruttenin istefasından sonra niderlandlı mütəxəssisin qayıdışı üçün yol açılıb.

Kurasao yığması DÇ-2026-da Almaniya, Ekvador və Kot-d'İvuarla eyni qrupda mübarizə aparacaq.

Əgər Advokat mundialda komandanın başında meydana çıxsa, Dünya Çempionatları tarixinin ən yaşlı baş məşqçisi ola bilər. Hazırkı rekord Otto Rexagelə məxsusdur.

Milli.Az