İngiltərədə yaşayan azərbaycanlı qadın vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə mərhumun yaxınları öz sosial şəbəkə hesablarında məlumat veriblər.
Qeyd olunub ki, vəfat edən uzun zamandır adıçəkilən ölkədə yaşayan Natəvan Qasımzadədir.
34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib.
Qeyd edək ki, N.Qasımzadə "Westminster" Universitetində "Hematologiya" ixtisası üzrə magistr dərəcəsi alıb. Ardından o, İngiltərədə yaşamağa davam edərək tibb sektorunda fəaliyyətə başlayıb.
Milli.Az