Türkiyə televiziya tarixinin ən reytinqli seriallarından biri olan "Yaprak Dökümü"ndə "Fikrət" və "Fərhundə" obrazlarını canlandıran Bennu Yıldırımlar və Deniz Çakır illər sonra yenidən bir araya gəliblər.
Milli.Az xəbər verir ki, iki məşhur aktrisa 18 ildən sonra yenidən bir araya gələrək həmin anı sosial mediada paylaşıblar.
İki məşhur aktrisa bu fotonu paylaşaraq pərəstişkarlarını təəccübləndirib.
"Kuruluş Orhan " serialında Malhun Xatun obrazını canlandırması ilə böyük bir pərəstişkar kütləsi qazanan Bennu Yıldırımlar yalnız uğurlu kariyerası ilə deyil, həm də şəxsi həyatı ilə maraq doğurur.
Milli.Az