İspaniyada "MV Hondius" kruiz gəmisindən təxliyə edilən sərnişinlərdən daha birində hantavirus aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Tenerifedən Madriddəki "Qomez Ulla" hərbi hospitalına aparılan 14 İspaniya vətəndaşı üzərində PCR testləri aparılıb. Nəticələrə əsasən, bir nəfərdə hantavirus təsdiqlənib, digər 13 nəfərin testləri isə mənfi çıxıb.
Bundan əvvəl də "MV Hondius" gəmisindən təxliyə olunan bir fransız və bir amerikalı sərnişində hantavirus aşkarlanmışdı.
Milli.Az