Türkiyədə baş verən maraqlı hadisə sosial şəbəkələrdə gündəm olub. "Körpə gəzintidə" adlandırılan olay izləyicilərin diqqətini çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 yaşlı balaca qız ailəsi ilə birlikdə telefon mağazasına gəlib. Bir anlıq valideynlərinin diqqətindən yayınan uşaq yaxınlıqdakı avtobusa minərək orada oturub.
Avtobus sürücüsü təxminən 500 metr yol qət etdikdən sonra salondan uşaq ağlaması eşidib. Hadisəni anlayan sürücü dərhal avtobusu saxlayaraq geri qayıdıb və körpənin ailəsini tapmağa çalışıb.
Qısa müddət sonra balaca qız ailəsinə təhvil verilib. Sürücünün diqqətli davranışı və hadisəyə operativ müdaxiləsi sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. Bir çoxları onun mümkün faciənin qarşısını aldığını qeyd edərək təşəkkürlərini ifadə ediblər.
Musa
Milli.Az