Kürəkənini öldürən qayınananı belə qarşıladılar - VİDEO - FOTO

12 May 2026 09:45

Türkiyədə baş verən ailə faciəsi ölkə gündəminə çevrilib.

Milli.Az xəbər verir ki, qızına hücum etdiyi və onu hədələdiyi deyilən kürəkənini öldürtdüyü deyilən yaşlı qadının görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hadisədən sonra qadının yaşadığı məhəllədə qonşuları tərəfindən qarşılanması diqqət çəkib. Yayılan kadrlarda bəzi sakinlərin onu "övladını qoruyan ana" kimi qiymətləndirdiyi görünür. Onlar eyni vəziyyətdə olacaqları təqdirdə oxşar addım ata biləcəklərini bildiriblər.

İddialara görə, qadın da açıqlamasında övladlarını qorumaq məqsədilə bu addımı atdığını deyib. Hadisə cəmiyyətdə fərqli reaksiyalar doğurub. Əksəriyyət qadının hərəkətini müdafiə edib.

Həmin görüntünü təqdim edirik:

Musa
Milli.Az