Azərbaycanlı döyüşçü UFC-də

11 May 2026 00:45

Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC-də debüt edəcək.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, o, yarıorta çəki dərəcəsində (welterweight) keçiriləcək qarşılaşmada Erik Nolan ilə üz-üzə gələcək.

Qeyd edək ki, "UFC Fight Night Baku" iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.

Milli.Az