Türkiyədə 8,7 milyard lirəlik cinayətin üstü açılıb

11 May 2026 23:45

Türkiyənin 33 vilayətində dələduzlara qarşı əməliyyat keçirilib və cinayət yolu ilə 8,7 milyard lirə (191 milyon 714 min dollar) əldə edildiyi aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında yazıb.

"8,7 milyard TL-lik nəhəng bir cinayət gəlirinin aşkar edildiyi bu əməliyyat çərçivəsində bütün təqsirkarlar barəsində lazımi hüquqi tədbirlər həssaslıqla davam etdirilir", A. Gürlek bildirib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, eləcə də Xəzinə və Maliyyə Nazirliyinin birgə əməliyyatından sonra oxşar tədbirlər davam etdirilir. ("Report")

Milli.Az