Goranboyda əmi oğlanları arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib, hadisəni törədən şəxs saxlanılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri - 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli arasında mübahisə yaranıb.
Münaqişə zamanı K.Mürsəlli əmisi oğlu B.Mürsəlliyə bud nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı xəstəxanaya yerləşdirilib, ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az