Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.
Milli.Az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.
Tənəffüs vaxtı 5 "q" sinifinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D. Əliyevin üzərinə bıçaqla hücum edib.
Bu zaman D. Əliyevin bacısı Y. Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.
Nəticədə Y. Əliyeva əlindən bıçaq xəsarəti alıb.
DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır.
Milli.Az