İtkin düşən 9 nəfər tapıldı

11 May 2026 17:40

İtkin düşən 9 nəfər tapılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının mayın 9-da və 10-da keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az