Meyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunur.
Milli.Az xəbər verir ki, meyvənin hansı formada istehlak edilməsi onun faydasına birbaşa təsir göstərir.
Məlumata görə, meyvələr adətən bütöv şəkildə, meyvə şirəsi və ya smuzi (smoothie) formasında istehlak olunur. Lakin bu üsulların hamısı eyni dərəcədə sağlam hesab edilmir.
"Frontiers in Nutrition" jurnalında dərc olunan araşdırmada bütöv meyvə, meyvə şirəsi və smuzilərin sağlamlığa təsirləri müqayisə edilib.
Araşdırmaya əsasən, meyvəni blenderdən keçirərək smuzi hazırlamaq lifin qorunmasına kömək edir. Bu üsul eyni zamanda C vitamini və fol turşusu kimi faydalı maddələrin miqdarını artırır. Nəticədə smuzi, adi meyvə şirəsi ilə müqayisədə daha faydalı seçim hesab olunur.
Mina Mikayılova
Milli.Az