2 yaşlı uşaq faciəvi şəkildə öldü

11 May 2026 12:46

Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, 2024-cü il təvəllüdlü M.A. yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

Xəstəxanaya yerləşdirilən körpə orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az