Türkiyə müdafiə sənayesində yeni pilotsuz uçuş aparatını nümayiş etdirib.
Milli.Az xəbər verir ki, STM şirkətinin təqdim etdiyi "Kuzgun" adlı kamikadze dron uzun mənzilli zərbə imkanları ilə diqqət çəkir.
Məlumata görə, yeni pilotsuz aparat təxminən 1000 kilometr uçuş məsafəsinə malikdir. "Kuzgun"un əsas üstünlükləri arasında hədəfləri yüksək dəqiqliklə vurması və müxtəlif döyüş şəraitində istifadə oluna bilməsi göstərilir.
Bu layihə ölkənin müdafiə sənayesində son dövrün ən önəmli texnoloji yeniliklərindən biri hesab olunur.
Milli.Az