İsrailin baş naziri Benyamin Netanyahu İranla bağlı sensasion, bur qədər də həyasız açıqlama verib.
Milli.Az xəbər verir ki, Netanyahu sin müsahibəsində bəzi iranlı tərəfdarlarının küçələrə onun adını verdiyini və hətta ona xüsusi ləqəb qoşduqlarını iddia edib.
İsrail baş naziri çıxışı zamanı deyib:
"İranda küçələrə mənim adımı verirlər. Bunu bilirdinizmi? Əlbəttə, prezident Trampın da adını verirlər, çünki bu mübarizəni o aparır. Onların belə bir ifadəsi var - mən farsca danışmıram - amma mənə "Bibi can", yəni "əziz Bibi" deyirlər".
Netanyahu bu açıqlaması ilə hər yerini bombardıman etdiyi İranda özünə və Trampa simpatiya bəsləyən müəyyən çevrələrin mövcudluğuna iddia edir.
"Bibi" Netanyahuya yaxın çevrələrdə və İsrail mediasında uzun illərdir istifadə olunan məşhur ləqəbdir. "Can" ifadəsi isə fars dilində "əziz", "doğma", "sevimli" mənasında işlədilir. /Musavat.com
Milli.Az