Sosial şəbəkələrdə yayılan maraqlı toy görüntüləri izləyicilərin diqqətini çəkib. Bir müddət əvvəl avtobusda sevdiyi xanıma evlilik təklifi etməsi ilə gündəm olan sürücünün toyu baş tutub.
Milli.Az xəbər verir ki, cütlüyün ən çox müzakirə olunan məqamı isə bəy-gəlin maşını kimi avtobusdan istifadə etmələri olub. Toy günü xüsusi bəzədilən avtobus ətrafdakı insanların da marağına səbəb olub.
Yayılan kadrlarda yeni evlənənlərin olduqca xoşbəxt görünməsi diqqətdən qaçmayıb. Sosial şəbəkə istifadəçiləri cütlüyə xoş arzular ünvanlayaraq görüntüləri maraqla qarşılayıblar.
Qeyd edək ki, sürücünün avtobusda etdiyi evlilik təklifi bir müddət əvvəl sosial mediada geniş yayılmış və romantik addımı böyük rəğbətlə qarşılanmışdı.
Musa
Milli.Az