"Deyirlər niyə elə geyinmişdin?” - Kəmalə Günəşli o videodan DANIŞDI

11 May 2026 06:06

Müğənni Kəmalə Günəşli son günlər sosial şəbəkələrdə müzakirə olunan toy məclisi görüntüləri ilə bağlı açıqlama verib.

Milli.Az-ın məlumatına görə, ifaçı bildirib ki, məclisdə yaşanan hadisəni böyütmək və qalmaqala çevirmək niyyətində olmayıb. Onun sözlərinə görə, qarşı tərəfin davranışını daha çox sevgi və fanatlıq jesti kimi qiymətləndirib.

Kəmalə Günəşli qeyd edib ki, həmin an dava yaratmağın və kimisə ictimai şəkildə alçaltmağın doğru olmadığını düşünüb:

"İnsan hərəkətinə görə fərqli reaksiya verə bilərdi. Amma mən vəziyyəti böyütmək istəmədim. Ola bilər ki, həmin şəxs sadəcə sevgisini göstərməyə çalışıb. Buna görə qalmaqal yaratmağı düzgün hesab etmədim", - deyə sənətçi vurğulayıb.

Müğənni həmçinin sosial şəbəkələrdə onun ünvanına çoxsaylı tənqid və sərt rəylərin yazıldığını da bildirib. Buna baxmayaraq, qarşı tərəfi çətin vəziyyətdə qoymaq istəmədiyini əlavə edib.

Musa
Milli.Az