Vüsal Əliyev həmin VİDEOya görə ÜZR İSTƏDİ

11 May 2026 09:15

Müğənni Vüsal Əliyevin bir neçə gün əvvəl keçirilən ad günü mərasimindən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, məclisdə çəkilən videoda sərxoş vəziyyətdə olan bir şəxsin müğənni Kəmalə Günəşliyə qarşı etik çərçivədən kənar davranış sərgilədiyi əks olunub. Sözügedən anlar izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və tənqidlərə yol açıb.

Hadisədən sonra Vüsal Əliyev sosial media hesabında videomüraciət yayımlayaraq baş verənlərə münasibət bildirib. Müğənni xoşagəlməz görüntülərə görə izləyicilərdən və ictimaiyyətdən üzr istəyib.

Həmin görüntülər qısa zamanda sosial şəbəkələrdə gündəm mövzularından birinə çevrilib.

Musa
Milli.Az