Neftin qiyməti bundan sonra sürətlə enəcək - Hasset

11 May 2026 00:16

Hörmüz boğazının açılmasından sonra dünyada neftin qiymətlərinin sürətlə enəcəyini gözləyirik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset "Foks Nyus"a müsahibəsində bildirib.

"Biz boğazı açan kimi neft Fars körfəzindən tükənməz axınla axacaq. Ümumilikdə neftin qiymətlərinin nisbətən tez və əlbəttə, seçkilərə qədər düşməyə başlayacağını gözləyirik", - o, deyib.

Milli.Az