"Çelsi"nin sabiq futbolçusu Filipe Luis London klubunun baş məşqçi postuna namizəddir.
Milli.Az xəbər verir ki, bu barədə nsayder Fabritsio Romanonun məlumat yayıb.
Klub rəhbərliyi hazırda işsiz olan 40 yaşlı braziliyalı mütəxəssisi yayda komandanın başına gətirməyi planlaşdırır. Rəhbərlik onun klub fəlsəfəsinə bələd olmasını və məşqçilik bacarığını yüksək qiymətləndirir.
Qeyd edək ki, Luis 2014/2015 mövsümündə "Çelsi"də futbolçu kimi çıxıb.
O, "Flamenqo"da çalışarkən Libertadores Kuboku və Braziliya Kuboku kimi uğurlara imza atıb. (Offsideplus.az)
Milli.Az