Yollarda görünüş məsafəsi məhdudlaşacaq

10 May 2026 17:20

Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 11-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metr məhdudlaşacaq.

Milli.Az