Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

10 May 2026 10:46

Delimitasiya, demarkasiya çox böyük bir prosesdir.

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

"Delimitasiya, demarkasiya çox böyük bir prosesdir. Burada çox texniki məsələlər var. Bu, qısa müddətdə baş verən bir proses deyil. Burada işlər gedir. Biz bir daha şahid olduq ki, səhv etmirəmsə aprelin 29-da Azərbaycan Azərbaycan nümayəndə heyəti, Baş nazirin müavini Şahin Musayafayev və onun rəhbərliyi ilə Ermənistana səfər edildi. Orada komissiyaların növbəti iclası keçirildi. Reqlament tipli 3 sənəd razılaşdırıldı. Bu reqlament sonrakı işlərin sturkturunu müəyyən edir", - nazir bildirib./Trend.Az

Milli.Az