Yevlaxda ağır QƏZA: 20-yə yaxın yaralı VAR

10 May 2026 08:51

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, "Mercedes Sprinter" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./apa

Milli.Az