Oğlu ilə gəzintidən FOTOlar paylaşdı

10 May 2026 00:48

Türkiyəli aktrisa Neslihan Atagül oğlu ilə gəzintidən foto paylaşıb.

Milli.Az xəbər verir ki, aktrisa 1 yaşlı Azizin dondurma yediyi anın görüntülərini instaqramda izləyiciləri ilə bölüşüb.

Fotoda Neslihanın anası da yer alıb.

Qeyd edək ki, 2016-cı ildə həmkarı Kadir Doğulu ilə ailə quran Neslihan Atagül bir çox məşhur layihələrdə rol alıb. O, "Fatih harbiye", "Kara sevda", "Sefirin kızı" kimi məşhur seriallarda baş rolu canlandırıb.

Milli.Az