İşlədiyi bağçanın həyətindən meyiti TAPILDI

9 May 2026 15:02

Şəki şəhərində uşaq bağçasının həyətindən meyit tapılıb.

Milli.Az xəbər verir ki, hadisə mayın 9-u saat 02 radələrində baş verib.

Şəhər sakini 1980-ci il təvəllüdlü Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi Bağbanlar küçəsindəki bağçanın həyətində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az