Boru partladı, ərazi su içində qaldı

9 May 2026 15:00

Sabunçu rayonunun Zabrat qəsəbəsində su borusunun partlaması sakinlərin gündəlik həyatını çətinləşdirib.

Milli.Az xəbər verir ki, suyun küçələrə töküldüyü və ətraf ərazilərdə gölməçələr yaratdığı görüntülərdə aydın görünür.

Məlumata görə, stansiya ərazisi və dəmiryolu xətləri də su ilə dolub, nəqliyyat və hərəkətə əngəl yaradıb. Yerli sakinlər problemi tezliklə həll etməyi və məsul qurumların tədbir görməsini tələb edirlər. 

Asya
Milli.Az