İnternetdə 43 yaşlı aktrisa Enn Heteuey yeni "The Odyssey" filminin treyleri yayımlandıqdan sonra "botokslu üz"ünə görə tənqid olunub.
Milli.Az xəbər verir ki, Kristofer Nolanın tarixi dramında son illərin əsas Hollivud ulduzları Robert Pattinson, Zendaya, Tom Holland, Met Damon, Şarl Terron və Mia Qot rol alıblar. Lakin filmdə bu qədər ulduz olmasına baxmayaraq, ən çox diqqəti Penelopa rolunu canlandıran Enn Heteueyin üzü cəlb edib.
Aktrisanın pərəstişkarları qeyd ediblər ki, kadrlarda Heteuey qışqırır və ağlayır, amma buna baxmayaraq onun mimikası hərəkətsiz görünür, alnı isə qüsursuz dərəcədə hamar qalır. Bu da dərhal ictimaiyyət arasında mənfi reaksiyalara səbəb olub.
İzləyicilərdən "Sizin işinizin mahiyyəti emosiyaları oynamaqdır. Donuq üzlə bu mümkün deyil!", "Necə ki, Olimpiya oyunlarında steroidlər qadağandır, eləcə də 'Oskar' nominasiyaları üçün botoks qadağan edilməlidir." kimi şərhlər gəlib. (olay)
Milli.Az