Qonşu ölkədə güclü zəlzələ oldu

9 May 2026 13:11

Rusiyanın Kamçatka bölgəsinin akvatoriyasında 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 1 428 kilometr şərqdə yerləşib.

Zəlzələ ocağı 26 kilometr dərinlikdə olub.

Milli.Az