57 yaşlı kişi sexdə faciəvi şəkildə öldü

9 May 2026 13:40

Qaradağ rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə mayın 8-də Lökbatan qəsəbəsinin ərazisində yerləşən mərmər sexində qeydə alınıb.

Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Babayev işləyən zaman mərmər daşının qırılıb başına dəyməsi nəticəsində ölüb.

Araşdırma aparılır.

Milli.Az