Saç yuyarkən bunları etməyin

9 May 2026 20:47

Saç yuyarkən edilən bəzi gündəlik səhvlər zamanla saçların zəifləməsinə, tökülməsinə və qırılmasına səbəb ola bilər. Xüsusilə çox isti su ilə saç yumaq baş dərisinin qurumasına və saç tellərinin zədələnməsinə gətirib çıxarır.

Milli.Az xəbər verir ki, bərbərlər və saç baxımı üzrə ekspertlər bildirirlər ki, şampunun normadan artıq istifadəsi də saçın təbii yağ balansını poza bilər. Bundan başqa, saçları sərt şəkildə dəsmalla qurutmaq və yaş halda daranmaq qırılma riskini artırır.

Mütəxəssislərin sözlərinə görə, saç tipinə uyğun olmayan məhsullardan istifadə etmək də ciddi problemlərə yol aça bilər. Onlar saçların sağlam qalması üçün ilıq su, uyğun şampun və yumşaq qulluq üsullarını tövsiyə edirlər.

Ekspertlər qeyd edirlər ki, düzgün saç baxımı həm saç tökülməsinin qarşısını almağa, həm də saçların daha canlı görünməsinə kömək edir. 

Asya
Milli.Az