Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır.
Milli.Az xəbər verir ki, mütəxəssis qeyd edib ki, aktiv həyat tərzi, düzgün qidalanma, siqaret və alkoqoldan uzaq durmaq ürək sağlamlığının qorunmasında vacib rol oynayır. O, stress və gərginliyin də infarkt riskini artıran əsas amillərdən biri olduğunu vurğulayıb.
Kardioloq əlavə edib ki, infarktın dəqiq baş verəcəyini öncədən göstərən analiz yoxdur. Yalnız müxtəlif göstəricilər əsasında risk səviyyəsini müəyyən etmək mümkündür.
Asya
Milli.Az