İranda zəlzələ oldu

9 May 2026 10:42

Bu gün İranda yerli vaxtla saat 07:43-də İranın qərbində yerləşən Lorestan vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ vilayətin Kuhdəşt rayonunda 7 km dərinlikdə qeydə alınıb.

Zəlzələ baş verən rayona vəziyyətin dəyərləndirilməsi üçün qüvvələr cəlb olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az